[b]İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısından çıxarılıb? - Nazirlikdən AÇIQLAMA[/b]
24 aprel 2019 11:17 (UTC +04:00)

[b]İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısından çıxarılıb? - Nazirlikdən AÇIQLAMA[/b]

 
“İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması barədə yayılan xəbərlər əsassızdır”.
 
Bu barədə ONA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.
 
O bildirib ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında yayılan məlumatlar şayiədir: “İçərişəhər Ümumdünya Mədəni İrs Siyahısındadır. O, nəinki siyahıdan  çıxarılmayıb, bu barədə heç müzakirə belə getməyib”.
Qeyd edək ki, sosial şəbəkələrdə İçərişəhərin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısından çıxarılması haqqında xəbərlər yayılıb. Buna səbəb kimi İçərişəhər ərazisində aparılan tikinti işləri göstərilib.
# 954
avatar

Oxşar yazılar