İranda hərbi parad keçirildi - FOTO
18 aprel 2019 09:53 (UTC +04:00)

İranda hərbi parad keçirildi - FOTO

 
Bu gün İranda Ordu Günü qeyd olunur.
 
ONA-nın Tehran bürosunun məlumatına görə, bu münasibətlə hərbi parad keçirilib.
 
İran prezidenti Həsən Ruhani paradda çıxışı zaman bəyan edib ki, ölkədə baş vermiş son təbii fəlakət zamanı ordu xalqın yanında olub və  əhalinin yerləşdirilməsi, yolların açılması,  sel sularının istiqamətləndirilməsi üçün bütün gücü ilə çalışıb: “İran-İraq müharibəsində ordu ölkənin müstəqilliyini  qorudu. 30 il sonra  Silahlı Qüvvələr bu gün birləşərək yenidən seldən əziyyət çəkən əhalini xilas etdi. Heç bir ölkədə xalq və silahlı qüvvələr arasındakı bu qədər birlik görə bilməzsiniz”.
ABŞ-ın  SEPAH-ı terrorçu təşkilat adlandırmasından danışan H.Ruhani  qeyd edib ki,  ABŞ-ın bu addımından sonra  xalq ordunun yanında olmasına dair birlik nümayiş etdirdi. Onun sözlərinə görə, İran xalqı üçün SEPAH-a hörmətsizlik orduya hörmətsizlikdir.
 
Qeyd edək ki, ordu günü münasibətilə  keçirilən paradda İran son hərbi texnologiyasını nümayiş etdirib.  MİQ 29,  F5,  F4,  F14 və  yerli istehsal olan  "Saiqe" və "Kövsər "qırıcıları havada manevr ediblər.
# 666
avatar

Oxşar yazılar