Naxçıvan Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edildi
05 mart 2019 22:30 (UTC +04:00)

Naxçıvan Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də Səhət Həbibbəylinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında fərman imzalayıb.
 
Lent.az-ın NUHÇIXAN-a istinadən məlumatına görə, fərmanda deyilir:
 
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilsin."
 
Qeyd edək ki, Səhət Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini  vəzifəsində çalışırdı. O, millət vəkili, AMEA-nın vitse-prezidenti, İsa Həbibbəylinin oğludur. 
# 660
avatar

Oxşar yazılar