<b>"Maşın" şouda hər kəs şokda: <span style="color:red;"> "Mən də yetiməm"</b>
11 iyun 2018 10:49 (UTC +04:00)

"Maşın" şouda hər kəs şokda: "Mən də yetiməm"

"Maşın" şounun növbəti günü qalmaqalsız ötüşməyib. Lent.az-ın məlumatına görə, yarışmanın növbəti günündə bloger Hüseyn Əzizoğlu səs verməyə çıxarılıb. O səs toplayacağı halda oyundan aktrisa Pərvin Abıyevanı çıxardacağını deyib.

 

Sonda 22 yaşlı bloger 60,3 faiz səslə qalib gəlib. Lakin o, hədəfini dəyişərək Abbas Bağırovu oyundan uzaqlaşdırıb. Hüseyn seçimini bu cür izah edib: “Mən də yetiməm, Pərvin də. Ona görə də heç bir zaman Pərvini oyundan çıxara bilməzdim. Abbas, mən Roza Zərgərli tərəfindən sənin yanına göndərilmişdim. Hədəfim sənsən”.

 

Abbas isə onun bu sözlərinə belə cavab verib: “Sən həm məni, həm də tamaşaçımı aldatdın. Mən sənə öz tamaşaçımdan səs istədim. Amma onu bil ki, bu maşını sən qazanmayacaqsan. Mən bu yarışa gələndə bir çoxu dedi ki, getmə, ora sənin yerin deyil. Amma mən gəldim. Yaxşı ki, gəldim. Çünki insanları tanıdım”.

 

Qeyd edək ki, şou ərzində Abbas Hüseyn üçün səs istəmişdi.

# 367
avatar

Yalçın UĞUR

Oxşar yazılar