Tamaşaçılara “Qeybətçi qız” serialı ilə özünü sevdirmiş britaniyalı aktyor Ed Vestvik ailə həyatı qurub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o model Ami Jakson ilə evlənib.
Cütlük 2024-cü ilin əvvəlində nişanlanıb və iki ay sonra evlənmək qərarına gəlib. Aktyorun nişanlısı şənlikdən fotoları İnstaqram səhifəsində paylaşıb.