2021-ci ildə karyerasını bitirən 38 yaşlı futbolçu Luke Foster narkotik ittihamı ilə həbs olunub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, narkotik maddələrin istehsalında şübhəli bilinir.
Foster bu yaxınlarda həbsxanaya göndərilib. İngilis futbolçu ittiham olunduğu cinayətlərdə özünü təqsirli bilib. Məhkəmə 38 yaşlı kişi və onun iki ortağını 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Keçmiş futbolçu Nottinqem həbsxanasındadır və növbəti məhkəməni gözləyir. İyul ayında Foster yenidən məhkəmə qarşısına çıxacaq, daha sonra ingilisin narkotik satışından əldə etdiyi gəliri qiymətləndirəcək.
Foster karyerası ərzində İngiltərənin aşağı səviyyəli klublarında çıxış edib. O, “Preston North End”, “Oxford United” və “Rotherham”ı təmsil edib.