<b>500 milyon dollarlıq jurnalın sahibi öldü</b>
28 sentyabr 2017 11:23 (UTC +04:00)

500 milyon dollarlıq jurnalın sahibi öldü

Məşhur “Playboy” jurnalının sahibi Hyu Hefner 92 yaşında vəfat edib. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hefner Los-Anclesdəki evində dünyasını dəyişib.
“Playboy” 1953-cü ildən nəşr olunur. Onun ilk sayında Merilin Monronun lüt şəkilləri dərc edilib. Hefner həmin şəkillərin dərci üçün Monroya vur-tut 200 dollar ödəyibmiş. Jurnalın ilk sayının tirajı isə 50 min ədəd olub.
Ekspertlərin fikrincə, hazırda “Playboy”un bazar qiyməti 500 milyon dollar təşkil edir.

 

# 222
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar