Taksilərə ŞAD XƏBƏR:   Bu maşınlardan rəng tələb edilməyəcək
03 aprel 2024 11:50 (UTC +04:00)

Taksilərə ŞAD XƏBƏR: Bu maşınlardan rəng tələb edilməyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərə müraciət edib.

AYNA-dan Lent.az-a verilən məlumata görə, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Həmin tarixədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Əgər avtomobiliniz 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir.

# 6414
avatar

Oxşar yazılar