Prezident Alim Qasımova "Şərəf" ordeni verdi - SƏRƏNCAM
12 avqust 2017 15:12 (UTC +04:00)

Prezident Alim Qasımova "Şərəf" ordeni verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev xalq artisti Alim Qasımova orden verilməsi ilə bağlı sərəncam imzalayıb. 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Alim Həmzə oğlu Qasımov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, avqustun 14-də Alim Qasımovun 60 yaşı tamam olacaq. 

# 371
avatar

Oxşar yazılar