Qəbələ musiqi festivalında sonuncu kamera konserti keçirilib
03 avqust 2017 19:13 (UTC +04:00)

Qəbələ musiqi festivalında sonuncu kamera konserti keçirilib

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində sonuncu kamera konserti keçirilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, “Dörd əl axşamı” adlı konsertdə pianoçular-Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, 40-dan çox ölkənin simfonik orkestri və dirijorları ilə çıxış edən tanınmış pianoçu, Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri Oksana Yablonskaya (Rusiya), ABŞ-ın Duksburi Musiqi Festivalının bədii rəhbəri Stefan Deitz, İtaliyanın “L.Perosi” Beynəlxalq Musiqi Akademiyasının professoru Anna Serova (viola) çıxış edib.
 
Musiqiçilər Avropa bəstəkarları R. Şubert, İ. Brams, Q. Fore və C. Gerşvinin əsərlərini səsləndiriblər.
# 461
avatar

APA Baycan

Oxşar yazılar