Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçiriləcək - <span style="color:red;">YERİ VƏ VAXTI AÇIQLANDI
26 iyun 2017 22:30 (UTC +04:00)

Xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçiriləcək - YERİ VƏ VAXTI AÇIQLANDI

Byu gün dünyasını dəyişən xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçiriləcək. Bu barədə Lent.az-a xalq artistinin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, sabah saat 10:00-dan 12:00-a qədər Təzə Pir məscidində Q.Quliyeva ilə vida mərasimi keçiriləcək. 
 
**
12:58
 
Xalq artisti Qəndab Quliyeva rəhmətə getdi.  Bunu Lent.az- a xalq artistinin oğlu Hafiz Həmidov bildirib. 
 

Qeyd edək ki, bir neçə dəfə insult keçirən xalq artisti Qəndab Quliyevanın vəziyyəti bu ilin fevral ayından ağırlaşmışdı. Bir neçə gündür Respublika Diaqnostika Mərkəzinə yerləşdirilən xanəndənin bu sabah vəziyyəti pisləşdiyindən həkimlər onu süni nəfəs aparatına qoşmuşdular. Vəziyyətində heç bir irəliləyiş olmayınca, həkimlər Q.Quliyevanın ailə üzvlərinə  onu evə aparmağı məsləhət görüblər. Xalq artisti xəstəxanadan çıxandan sonra dünyasını dəyişib. 

 
 
11:02
 
"Xalq artisti Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır".  Bunu APA-ya xalq artistinin həkimi Şahin Xəlilov deyib. Həkim bildirib ki, onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır.
Onun sözlərinə görə, xalq artisti süni tənəffüs aparatına qoşulub: “O, ürək çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı sənətkarda böyrək çatışmazlığı və digər digər problemlər də var”.
# 438
avatar

Oxşar yazılar