<b>"Qızımı səhnədə belə üzən görməmişdim" - <span style="color:red;">Alim Qasımov </b>
22 may 2017 14:55 (UTC +04:00)

"Qızımı səhnədə belə üzən görməmişdim" - Alim Qasımov

Ötən axşam paytaxtın ən böyük mədəniyyət ocağında - Heydər Əliyev sarayında izdiham yaşandı.
 
APA TV-nin məlumatına görə, əməkdar artist Fərqanə Qasımovanın iki aydır gözlənilə konserti nəhayət ki, gerçəkləşdi.
 
Əməkdar artist səhnəyə tanınmış modelyer dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı milli geyimdə çıxıb. Konsertin bədii rəhbəri Rüstəm Zeynallı idi. O, 13 nəfərlik ansamblla birgə təxminən, saat yarım davam edən axşamda həm Fərqanə Qasımovanı müşayət etdi, həm də tamaşaçılara bir-birindən rəngarəng musiqi nömrələri təqdim etdi.
 
Gecənin ən maraqlı məqamlarında  biri  də xalq artisti Alim Qasımovun səhnədə qızı ilə birgə ifa etməsi oldu.
 
Konsertdə daha bir sürpriz yaşandı. Alim Qasımovun iki nəvəsi də ifaları ilə izləyiciləri təəccübləndirdilər.
 
Konsert Alim Qasımovun qarşından gələn 60 illik yubileyinə həsr olunub. Xalq artistinin sevincindən də hiss olunurdu ki, o, qızının çıxışından xeyli razı qalıb: “Fərqanəni səhnədə belə üzən görməmişdim. Maşallah, Allah qorusun. Fərqanə xanım bu gecə məni o qədər rahat elədi. O qədər ürək-dirək verdi ki?! “Əhsən” deyirəm sənə”.
 
 
“Bizim məqsədimi həmişə olub ki, Alim müəllim ki, bu sənətdə bu qədər əziyyət çəkib, yəni biz ən azı ona layiq olaq. Bacardığımız qədər çalışaq ki, bu ada layiq olaq. Alim müəllim çox əziyyət çəkib muğamı bu səviyyəyə çatdırmaq üçün. Biz hamımız ona borcluyuq”.
 
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA TV, apa.az, lent.az, ailem.az və vesti.az-a məxsusdur. 
 
 

# 361
avatar

APA TV

Oxşar yazılar