Rəşid Behbudovun həyat yoldaşı vəfat edib
03 may 2017 09:38 (UTC +04:00)

Rəşid Behbudovun həyat yoldaşı vəfat edib

Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.

 

Bu barədə APA-ya məlumatı Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, C. Behbudova mayın 2-də dünyasını dəyişib: “Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi. Vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”. 

# 378
avatar

APA Baycan

Oxşar yazılar