Beynəlxalq turnir Bakıda olacaq
22 avqust 2013 13:18 (UTC +04:00)

Beynəlxalq turnir Bakıda olacaq

Bu ilin oktyabrında Bakıda ən güclü komandaların iştirakı ilə Şən və Hazırcavablar Klubunun beynəlxalq turniri keçiriləcək. Bu barədə Lent.az-a Azərbaycan ŞHK Liqasının rəhbəri Anar Sultanov deyib:

" Sevindirici haldır ki, belə bir turnir yenidən paytaxtımızda keçiriləcək. Bizim liqa ikinci ildir ki, klubun dirçəlişi üçün çalışır və hamınız uğurun şahidi olacaqsınız. Bu il ikinci Milli Festival keçiriləcək. Burada öz gücünü sınamaq istəyən hər hansı bir komanda iştirak edə bilər. Festivalın sonunda ən güclü komandalar milli çempionata daxil olacaq və ən yaxşı oyunçular beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəcəklər. Layihələr Gənclər və İdman Nazirliyinin, ARDNŞ-in  dəstəyi ilə həyata keçirilir. Yeni mövsümdə Azərbaycanı “Bakı yığması ”təmsil edəcək. İki həftədən sonra komanda Voronejdə növbəti oyunda iştirak edəcək ".

Qeyd edək ki, 2013-cü ildə ŞHK "Azərbaycan komandası" nın tərkibində ("Bakı yığması " və "Qara Qızıl"), Minskdə ŞHK Beynəlxalq Birliyi ilk Televiziya Liqasının dörddəbir finalına yüksəlib.

# 662
avatar

Türkan Məmmədli

Oxşar yazılar