Şimali Koreya ABŞ-ın acığına nüvə sınağı keçirir
16 fevral 2013 02:34 (UTC +04:00)

Şimali Koreya ABŞ-ın acığına nüvə sınağı keçirir

Şimali Koreya rəhbərliyi başlıca müttəfiqi Çinə bu il bir və ya  daha artıq nüvə silahını sınaqdan keçirəcəyi haqda məlumat verib.

Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, sınağı nəzərdə tutulan nüvə başlığının sonucudan daha güclü olacağı bildirilib.

Mənbənin bildirdiyinə əsasən, Şimali Koreya hökuməti 4-cü və 5-ci nüvə silahının da sınağa hazır olduğunu bəyan edib. Rəsmi Pxenyan bildirib ki, əgər Vaşinqton onlara qarşı sərt siyasətini dayandırmazsa, Şimali Koreya rəhbərliyinin şərtləri daxilində diplotmatik danışıqlara başlamazsa, o zaman sınaqlar davam etdiriləcək.

Qeyd edək ki, Şimali Koreya bu həftə ərzində üçüncü nüvə silahını sınaqdan keçirib. Bu ölkəyə qarşı 2006 və 2009-cu illərdə BMT Təhlükəsizlik Şurası sanksiya tətbiq edib. Qurum rəsmi Pxeyandan nüvə sahəsində fəaliyyətini dayandırmağı və nüvəsiz Koreya yarımadası üçün danışıqlar masasına qayıtmağı tələb edib.

 

# 772
avatar

Oxşar yazılar