Bu rayonlara  qar yağacaq   - Hava  XƏBƏRDARLIĞI
04 aprel 2024 16:50 (UTC +04:00)

Bu rayonlara qar yağacaq - Hava XƏBƏRDARLIĞI

Havanın kəskin dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,

Azərbaycanın rayonlarında

Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
 
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

# 5508
avatar

Oxşar yazılar