Oğlunun təmirə ehtiyacı olan avtomobilini öz maşınının qoşqusuna bağlayaraq ustaya aparan ata magistral yolda sürücülərə təhlükəli anlar yaşadıb.
Lent.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Yolda avtomobil sıxlığının olmaması baş verə biləcək qəzasının qarşısını alıb.
Hadisənin görüntüləri digər sürücülər tərəfindən videoya alınıb. Görüntülər sosial mediada paylaşıldıqdan sonra Bursa şəhərinin Polis mərkəzi hərəkətə keçib.
Nəqliyyatı idarə edən ataya digər sürücülər üçün təhlükə yaratdığına və zolaqların üzərindən keçərək qaydaları pozduğuna görə 1483 türk lirəsi( təxminən 370 manat) cərimə tətbiq edilib.
Onun barəsində, həmçinin Türkiyə Cəza Qanununun 179-2-ci maddəsinə əsasən məhkəmə qərarı çıxarılıb.