Xanımını bətnindəki körpə ilə itirən Əməkdar artist AĞLADI  - VİDEO
26 may 2022 13:12 (UTC +04:00)

Xanımını bətnindəki körpə ilə itirən Əməkdar artist AĞLADI - VİDEO

“Övladımın yaş yarımında  həyat yoldaşımı itirməyim yaşadığım dövrün ən ağrılı günü olub. Ondan o tərəfə çətin günüm olmayıb”. 

Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Atv” telekanalda yayımlanan “1 dəqiqə” verilişində deyib.

O, hamıya övlad çiynində getməyi arzulayıb:

“2 il sonra atamı itirdim. Bu da mənim üçün çox ağır itki idi. Amma el deyimi var: Atalar və analar övladlarının çiynində son mənzilə getsin. Mən bütün valideynlərə övlad çiynində dünyadan köçsünlər”. 

Aparıcının “İki canı birdən itirdiniz” sualına ifaçı belə cavab verib:

“Düzdür, yoldaşımın bətnində 7 aylıq oğul övladımız vardı. O anda bətnindəkini düşünmür insan. Nəyinki yoldaşımın həyatı. Çox çətin bir şeydir. 

Zaman-zaman mənə çoxlu şərlər, böhtanlar atıldı. Ünvanıma mənə layiq olmayan ifadələr işlədildi. Hamısına sinə gərdim”. 

Həmin video görüntünü təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6243
avatar

Fidan İlqar

Oxşar yazılar