Xaçatryanın işgəncə verdiyi azərbaycanlı:  “Vaqif, ay Vaqif tanıdın məni?” - VİDEO
13 oktyabr 2023 13:10 (UTC +04:00)

Xaçatryanın işgəncə verdiyi azərbaycanlı: “Vaqif, ay Vaqif tanıdın məni?” - VİDEO

Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesə Vaqif Xaçatryanın işgəncə verdiyi azərbaycanlı da gəlib.

Lent.az xəbər verir ki, erməni terrorçunun məhkəməsində maraqlı anlar yaşanıb. Birinci Qarabağ müharibəsində zərərçəkən azərbaycanlı şüşə qəfəsdə olan erməni terrorçuya yaxınlaşaraq, “Vaqif, ay Vaqif tanıdın məni? Evimə limonka atmışdın”, deyib.

Hakimin müraciəti ilə o, zalda əyləşib və proses davam edib.

Görüntüləri təqdim edirik:

# 4599
avatar

Oxşar yazılar