Böyük Britaniyada RSPCA zabiti telefonunu heyvanların xilas edilməsini lentə almaq üçün quraşdırıb. Lakin çəkiliş apararkən qəfil tülkü peyda olub, cihazı tutub və qaçıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, görüntülər yutubda paylaşılıb.
“Meşədə əslində iki tülkü var idi. Kimsə RSPCA-ya zəng edərək onlardan birinin yaralandığını söylədi. Telefonumu lentə aldım və tülkünü tutmağa hazırlaşarkən o telefonu götürüb qaçdı”, - heyvanların xilasedicisi Ben Fitzkosta bildirib.
Videoda tülkünün telefonu yaxınlıqdakı kolun altına qoyaraq iyləməsi, eyni zamanda selfi videosunu çəkməyi bacardığı görünür. Fitzkosta heyvanı yaxalayıb və telefonu geri qaytarmağı bacarıb.
"Düzünü desəm, bu, günümü çox gülməli etdi. Mən sevinirəm ki, telefonumu geri aldım - ona yetişmək üçün qaçmalı oldum, çünki bilirdim ki, onu kolların arasında bir yerə qoyacaq", - zabit bildirib.
Xilasedicinin sözlərinə görə, bundan sonra o, ikinci tülkünü taparaq xilas edə bilib.