Təlimçi və şoumen Edqard Zapaşnı bir neçə dəfə pələngin burnundan və ağzından öpüb.
Lent.az xəbər verir ki, o, həmin görüntüləri İnstaqramda yerləşdirib.
Qeyd edək ki, ötən gün baş tutan sirk şousunda pələnglərin döyülməsi videosundan sonra təlimçilər Edqard və Askold Zapaşnı qardaşları heyvanlara qarşı amansızlıqda ittiham olunublar. Videoda heyvanların çubuqla döyülməsi, təzyiqlə su vurulması və digər fiziki güc üsulları göstərilir.