Türkiyədə telefon batareyası partlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Zeytinburnu adlanan ərazisində qeydə alınıb. Satıcı Halit Okumuş telefonunu qonşuluqdakı ustaya təmirə verib. Usta təmirdən sonra telefonun batareyasını da yiyəsinə verib. Okumuş telefonunun batareyasının dəyişdirildiyini görüb və köhnənin problemini öyrənməyə çalışıb.
Bunun üçün o, iti alətlə batareyaya toxunub. Bu an əşya tüstüləməyə başlayıb, sonra isə partlayaraq alışıb. Şoka düşən Halit Okumuş onu yerə atıb, yalnız bundan sonra yanğın sönüb.
Hadisə anı mağazadakı kameraya düşüb. Görüntüləri təqdim edirik: