Türkiyədə kişi futbol zamanı ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mersin şəhəri Tarsus qəsəbəsində baş verib. Dostları ilə futbol oynayan 41 yaşlı Orhan Tosun qəflətən infarkt keçirərək yıxılıb. O, dərhal ambulansla xəstəxanaya yerləşdirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Təhsil Nazirliyində çalışan Tosunun 2 uşaq atası olduğu bildirilir.
Onun ölüm anının görüntülərini təqdim edirik: