Xantı-Mansiysk Muxtar Dairəsinin Pıt-Yax şəhərində alt paltarlı qız səkkizinci mərtəbənin pəncərəsindən yıxılaraq sağ qalıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, baş verən hadisə videoya çəkilib, müvafiq görüntülər teleqram kanalında yayılıb.
Videoda qızın avtomobilin üzərinə düşərək, yerə yıxıldığı görünür. Hadisədən sonra o, komaya düşüb. Onun vəziyyəti ilə bağlı başqa məlumat verilməyib.
Məlumata görə, qız əvvəllər də anasını və nənəsini itirərək depressiyaya düşüb.