Ukraynanın Xarkov vilayətində Polis İdarəsinin inzibati binasına bomba atılıb.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko məlumat yayıb. Onun sözlərinə görə, bundan başqa Karazin adına universitet də bombalanıb. Bundan sonra universitetdə yanğın başlayıb.
Hazırda ölən və yaralananların sayı dəqiqləşdirilir.