Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Xarkov vilayətində əks-hücum zamanı rus hərbçilərini əsir götürüb.
Lent.az yerli mediaya istinadən bildirir ki, bununla bağlı videonu Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalarının teleqram kanalı yayıb.
Sentyabrın 6-7-də müxtəlif nəşrlərdə və teleqram media kanallarında cənub cəbhəsindən və Xarkov vilayətindən olan rus hərbi əsirləri ilə bağlı onlarla videoçarxlar yayılıb.
Videolardan birində 80-ci desant-hücum briqadasının döyüşçüləri Xerson istiqamətində pusqu quraraq rusiyalı hərbçiləri əsir götürüblər.