Ruhəngiz Qasımova dəfn olundu - YENİLƏNİB  - VİDEO
12 oktyabr 2022 15:33 (UTC +04:00)

Ruhəngiz Qasımova dəfn olundu - YENİLƏNİB - VİDEO

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova dəfn olunub. 

Lent.az xəbər verir ki, o, Yasamal qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfndə onun sənət dostları, məşhur simalar və ictimaiyyət üzvləri iştirak edib.

***
Saat: 14:53

Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova son mənzilə yola salınır. 

Lent.az-ın əməkdaşı mərasimdən çəkilən videonu təqdim edir:

***

 

14:18

 

Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vida mərasimində iştirak edən İlkin Süleymanov anası barədə xatirələrini danışıb. 

Lent.az xəbər verir ki, oğlu Ruhəngiz xanımın son nəfəsində yanında ola bilməyib.

O, bildirib ki, anası şəkər xəstəliyindən əziyyət çəkirdi: 

“İstəyirdi ki, onun yolunu davam etdirim. Çünki bizim ailədə ondan savayı bəstəkar, musiqi ilə məşğul olan adam yoxdur. İyul ayında oğlumun toyunda sonuncu dəfə danışmışam. 

Şəkəri var idi, xroniki xəstəliyi olmasaydı, 85-dən çox yaşayardı. Halbuki o, xəstə idi. Ümumiyyətlə, bizim nəsil 85 yaşından çox yaşayır. Çox güclü qadın idi, çox pozitiv idi. Mənim üçün rahat oldu ki, anam xəstə yatmadı.  Çox istəyərdim ki, dünyasını dəyişəndə əlindən tutum, yanında olum. Çox təəssüf…”.

***
Saat: 13:28

Əməkdar artist Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir. 

Lent.az xəbər verir ki, qızı Canana Süleymanova vida mərasiminin keçirilməsi üçün Təzəpir məscidinə gəlib. 

O, anasının vəfat səbəbi haqqında danışıb.

Həmçinin mərasimə müğənni Xəyyam Nisanov da qatılıb. O, mərhum bəstəkar haqqında bu sözləri deyib: 

“Allah rəhmət eləsin, gözəl insanı itirdik. Yaxınlarına səbr diləyirəm. Mənim üçün şəxsən böyük itkidir. Həmişə ürəyimizdə olacaq. 

Xəstəliyindən bir ay öncə, bir toyda görüşdük. Sonra onunla son dəfə danışdıq. Ondan sonra Yaponiyaya, qızının yanına getdi. Təəssüflər olsun ki, son dəfə onu görə bilmədim”.

Vida mərasimində iştirak edən Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov da mərhumla bağlı xatirələrini jurnalistlərlə bölüşüb:

“Bizim üçün bir tərəfdən üzücü xəbərdir ki, çox müsbət enerjini tapan bir insanı itirdik. Hamımızı sevirdi, heç tanımadığı insanları belə sevən adam idi. 

Ondan sonra nə qədər mahnıları, əsərləri qaldı. Ruhəngiz xanımın getdiyinə üzüldüyümüz kimi üzümüzdə xatirələrlə bağlı təbəssüm qaldı. Onun haqqında olan xatirə mütləq ki, insanı ruhlandırır. Çox heyfislənirəm.  Dünyanı gəzdi, övladlarının böyüməyini gördü. Çox adamın görmədiyini Ruhəngiz xanım gördü, özü də bu yaşında. Çox sadiq həyat yoldaşı var idi. 

Çox adam bilmir, Ruhəngiz xanımın həyat yoldaşı Vasif müəllimlə mənim həyat yoldaşım qohumdur. Canana xanım deyir ki, qohumluq bir yana onun ən yaxın silahdaşlarından biri idiniz”.

Mərasimə həmçinin, Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov, Tahir və Cabir İmanov qardaşları, Hacı Nuran, keçmiş deputatlar Hüseynbala Mirələmov və Hadı Rəcəbli də iştirak ediblər.

Görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15138
avatar

Nigar Namiq

Oxşar yazılar