Zaqatala-Şəki yolunda TIR yandı - VİDEO
08 iyul 2025 16:38 (UTC +04:00)

Zaqatala-Şəki yolunda TIR yandı - VİDEO

Zaqatala-Şəki yolunda TIR yanıb.

Lent.az xəbər verir ki, hadisə Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.

Türkiyə vətəndaşının idarə etdiyi iri qabaritli yük avtomobili olan TIR qəfil alışaraq, yanıb. Məlumata görə, avtomobildə parfumeriya və kosmetik ləvazimatlar olub.

Hadisə ilə bağlı FHN-dən bildirilib ki, qurumun 112 qaynar telefon xəttinə Şəkinin Aşağı Göynük kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3973

Oxşar yazılar