Modeli evində qarət edib zorladılar
08 iyul 2025 17:35 (UTC +04:00)

Modeli evində qarət edib zorladılar

Fransada model evində təcavüzə məruz qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Marsel şəhərində baş verib.

Naməlum şəxs özünü qonşu kimi təqdim edərək model Soraya Riffinin evinə girib. Onun ardınca silahlı iki nəfər də evə daxil olublar. Kişilər modelin əllərini və ayaqlarını bağlayaraq, döyüblər və külli miqdarda pul istəyiblər.

Zərərçəkən gözlərini açanda bədəninin yuyucu vasitə tökülmüş su ilə büründüyünü görüb. Ekspertlər düşünürlər ki, cinayətkarlar bununla da izləri itirməyə çalışıblar.

Həmçinin Riffinin cinayətkarlar tərəfindən cinsi təcavüzə məruz qaldığı da iddia olunur. Həmin şəxslər evi tərk edərkən özləri ilə bahalı Rolex saatları, ev və maşının açarlarını, iki lüks çanta, bilərzik və s. götürüblər.

Polis quldurların tutulması üçün axtarışlar aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar