Britaniyada pişik ən yüksək səslə mırıltı rekordu qırıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 14 yaşlı Bella adlı britaniyalı pişiyin səsi 54,59 desibel səviyyəsinə çatır..
Pişik Ginnesin Rekordlar Kitabına daxil edilib.
Pişiyin sahibi Nikol Spink Bellanın bütün günü evdə zümzümə etdiyini bildirib:
“Yemək yeyəndə, qucaqlayanda həmişə bu səsi çıxarır. Televiziyaya baxanda da zümzümə edir. Rəhmətlik yoldaşım həmişə gileylənirdi ki, axşamlar uğultu səsi televizorun səsini boğur".