Öz dəfnində iştirak edənlər -  VİDEO
22 aprel 2021 18:00 (UTC +04:00)

Öz dəfnində iştirak edənlər - VİDEO

Ölümdən söz düşəndə hər kəs kədərlənir. Amma bəzən əksinə olur.

Lent.az xarici KİV-ə istinadən dünyada öz cənazəsində iştirak edən insanları təqdim edir:

Braziliya

Qilberto Araujo maşın yuma məntəqəsində çalışır. Ailəsi bir gün onun ölüm xəbərini alır. Qilberto dəfndə baş verənlərdən xəbərsiz halda mərasimə daxil olur. Bəs tabutdakı insan kim idi? Məlum olur ki, vəfat edən şəxs onunla bir yerdə çalışır və ona çox bənzəyir. Qilbertonun qardaşı həmin şəxsi qardaşına bənzətmişdi.

Afrika

Afrikada yaşayan Nuella Rukundo həyat yoldaşı və övladları birgə Avstraliyada yaşayırdı. Ögey anasının dəfn mərasimində iştirak etmək üçün vətəninə gedir. Ölkəsinə daxil olan kimi Nuellanı bir qrup insan qaçırır. Həyat yoldaşı onu öldürmək üçün insan kirayələmişdi. İnsafa gələn qatillər qadını sərbəst buraxırlar. Nuellanın həyat yoldaşı bütün bunlardan xəbərsiz halda Avstraliyada cənazə mərasimi təşkil edərək, necə kədərləndiyini göstərir. Avstraliyaya qayıdan qadın polislərlə birgə öz dəfn mərasimində iştirak edir.

Yaponiya

Zvanq Deyanq adlı yaponiyalı öldükdən sonra cənazə mərasimində kimlərin iştirak edib-etməyəcəyini bilmək üçün ölüm xəbərini yayır. Saxta dəfn mərasimini incəliyinə qədər düşünən 66 yaşlı Zvanq cənazədə iştirak edən insanları görəndə sevinir. Amma ailəsi və dostlarından dəfnə dəvət edilən 20 nəfəri görmür. Hazırda həyatda olan Zvanq saxta cənazəsində iştirak etməyən heç kimlə danışmır.

İngiltərə

Bu hadisə 1571-ci ildə İngiltərədə olub. Mityu Vol adlı adam vəfat edib və cənazəsi dəfn olunmaq üçün kilsəyə aparılır. Bu zaman tabutu daşıyan adamlardan biri yıxılır və yerə düşən tabutdan səs gəlir. Mityunu müayinə edən

həkimlər yanılmışdılar. Beləliklə, adam diri-diri dəfn edilməkdən azad oldu. Bu hadisədən sonra o, 24 il yaşadı.

Hindistan

18 yaşlı bir gənc hepatit xəstəliyi ilə xəstəxanaya yerləşdirilir. Bir həftə komada olan şəxsin ailəsi xəstəxana xərcini ödəyə bilmir. Həkimlər gəncə beyin ölümü diaqnozu qoyaraq, yaşamaq şansının olmadığını deyirlər. Ailəsi tərəfində dualar edilərək, cənazə mərasimi hazırlanır. Amma... Həftələrlə tərpənmədən yatan gənc birdən-birə hərəkət edir. Öz dəfn mərasimində oyanan hindistanlı gənc bir müddət şoka düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6468
avatar

Nigar Adil

Oxşar yazılar