Meyxanaçı Orxan Lökbatanlı bir neçə gün əvvəl həbsxanada olan həmkarı Rəşad Dağlı ilə görüşüb.
Lent.az xəbər verir ki, o, bu barədə məclislərin birində deyib.
Meyxanaçı bildirib ki, Rəşadın vəziyyəti yaxşıdır:
"Həbsdə görüşünə getmişdim, şair sağ-salamatdır. Axırda sağollaşanda, belə bir söz dedi: "Mən azad olana qədər meydanı idarə edin”".
Xatırladaq ki, Rəşad Əmirov ötən ilin noyabr ayında yaxın dostu Ələkbər Yasamallının qohumu İskəndər Mehtiyevi qətlə yetirməkdə şübhəli bilinir.
Qaradağ rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.