Ocaqda qəhvə hazırlayırdı, şəhəri yandırdı - VİDEO
11 oktyabr 2023 13:12 (UTC +04:00)

Ocaqda qəhvə hazırlayırdı, şəhəri yandırdı - VİDEO

Argentinada ocaqda qəhvə hazırlamaq genişmiqyaslı təbii fəlakətə səbəb olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Kordova əyalətinin Villa Karlos şəhəri yaxınlığında baş verib. Yanğınsöndürənlər və yerli sakinlər artıq ikinci gündür irimiqyaslı yanğını söndürməyə çalışır.

Qeyd olunur ki, yanğın bazar ertəsi, oktyabrın 9-da, 27 yaşlı yerli sakin odda qəhvə bişirərkən baş verib. Güclü külək səbəbindən yanğın ətrafdakı bitki örtüyünə keçərək sürətlə yayılıb.

Yanğın törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

İndi alov şəhərin yaxınlığındakı yaşayış məntəqələrinə yaxınlaşır, yerli hakimiyyət orqanları təxliyəyə başlayıb. Yanğının söndürülməsinə aviasiya cəlb olunub.

# 4044
avatar

Oxşar yazılar