Madaqaskarın daxili işlər naziri Serj Gellenin də içində olduğu hərbi helikopter qəzaya uğrayıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, helikopterin dənizə düşməsindən sonra nazir 12 saat üzərək sahilə çıxıb.
O, xilas olduqdan sonra görüntüləri sosial şəbəkədə paylaşılıb. Videoda 57 yaşlı Gelle xəsarət almadığını, amma üşüdüyünü bildirib. Nazir həmçinin “Hələ ölmək vaxtım gəlməyib”, - qeydini də edib.