Moskvada erməni biznesmenin qətlinin TƏFƏRRÜATI -  YENİLƏNİB   - VİDEO
03 iyun 2022 16:01 (UTC +04:00)

Moskvada erməni biznesmenin qətlinin TƏFƏRRÜATI - YENİLƏNİB - VİDEO

Moskvanın mərkəzində biznesmen Ohanes Kamaryanın qətlinin təfərrüatı açıqlanıb.

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, Ohanes Kamaryanın qətlinin əsas motivi qan davasıdır. 

Saxlanılan killer Ermənistanda bir iş adamının mühafizəçisi işləyən ötən il öldürülən şəxsin qardaşıdır. Daha sonra İrəvanın mərkəzində bir mühafizəçi güllələnib, lakin qətlin qurbanı olduğu iddia edilən iş adamı Rafael Mardoyan olub. Cinayətin sifarişçisi isə Ohanes Kamaryan olub.

Komsomolski prospektində qətl qatilin qardaşının öldürülməsinin ildönümündə baş verib. 

***

12:00

Xəbərə hadisə anının videosu əlavə edilib

***

saat 07:15

Moskvada, Komsomolski prospektində, güllələnmiş kişi meyiti aşkar edilib.

Lent.az “Vesti.ru” saytına istinadən xəbərə verir ki, hadisə iyunun 2-də axşam saatlarında 5/2 saylı evin yaxınlığınd baş verib.

TASS-ın məlumatına görə, qətlə yetirilən şəxs - 62 yaşlı kişi Ermənistanda axtarışda olanlar siyahısında idi.

“112” Telegram kanalının verdiyi məlumata görə, hadisəni törədən şəxs gənc oğlan olub.

O, həmin şəxsin bədənininə və başına bir neçə dəfə atəş açaraq ərazidən uzaqlaşıb.

Hadisənin törədənin axtarışları davam edir.

# 6834
avatar

Oxşar yazılar