İran məktəblərinin birində oğlan şagirdlərin saçları məcburi kəsilib.
Lent.az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb. Bildirilib ki, sosial mediada İran məktəblərindən birinin önündə sıra ilə oğlan şagirdlərin saçlarının ön hissəsinin məktəb işçisi tərəfindən məcburi kəsildiyini göstərən video yayılıb.
Şagirdlərinin saçlarının hansı səbəbdən kəsilməsi haqqında heç bir məlumat verilməyib.