Məhəmməd Əlinin nəvəsi   rəqibini nokdauna göndərdi: Babasını məyus etmədi -  VİDEO
30 yanvar 2022 18:15 (UTC +04:00)

Məhəmməd Əlinin nəvəsi rəqibini nokdauna göndərdi: Babasını məyus etmədi - VİDEO

Oklahoma ştatının Hard Rock Hotel & Casino arenasında əfsanəvi idmançı Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş və amerikalı Ceremi Yeqer arasında orta çəkidə döyüş baş tutub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Niko Əli Uolş inamlı qələbə ilə boks həvəskarlarının ümidlərini doğruldub.O, bunu həm də parlaq şəkildə edib.

Döyüşün ikinci raundunda Uolş sağ əllə Yeqeri şoka salıb və rəqibini kətan üstünə göndərib.

Hakim mübarizəni vaxtından əvvəl bitirməliydi, amma o, başqa qərar verib. Yeqer ayağa qalxıb, lakin qaçırılan yumruq seriyasından sonra hakim müdaxilə edib və döyüşü dayandırıb.

Boks əfsanəsinin nəvəsi pro rinqdə dördüncü qələbəsini qazanıb, bunun üçünü nokautla əldə edib.

Niko Əli Uolş 2000-ci ildə anadan olub. 10 yaşında boksla məşğul olmağa başlayıb. Anası buna qarşı olsa da, baba nəvəsinin seçimini bəyənib.

“Bütün ömrüm boyu bu təzyiqlə yaşamalı olmuşam. Fərqi yoxdur, məktəb və ya idmandı. Məni həmişə babamla müqayisə edəcəklər. Amma mən güclüyəm, çünki Məhəmməd Əlinin məşhurlaşdığı idmanı seçmişəm”, - Niko vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Oxşar yazılar