İdarəetməni itirən avtomobil park edilmiş maşınları əzib.
Lent.az xəbər verir ki, hadisə yanvarın 9-da xarici ölkələrin birində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan minik avtomobili qəflətən idarəetməni itirib. Daha sonra o, yolun solundakı parklanma meydançasına sözün əsl mənasında “uçub”. Qəza törədən maşın park edilmiş avtomobillərin üstündən “uçaraq”, səliqəli şəkildə onların arasında dayanıb.
Hadisə anı yaxınlıqdakı müşahidə kamerasına həkk olunub.
Görüntüləri təqdim edirik: