"Landau" məktəbində davanın SƏBƏBİ:  Şagirdin atası... - YENİLƏNİB
30 sentyabr 2021 12:53 (UTC +04:00)

"Landau" məktəbində davanın SƏBƏBİ: Şagirdin atası... - YENİLƏNİB

"LANDAU School" məktəbin "Bayıl" korpusunun həyətində baş vermiş xoşagəlməz hadisəyə aydınlıq gətirib.

Məktəbdən Lent.az-a bildirilib ki, toqquşma valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında baş verib:

"Təhlükəsizlik xidmətinin əməkdaşı üzərində şəxsiyyət vəsiqəsi olmadan övladını götürməyə gələn valideynə (məktəbin daxili qaydalarına uyğun olaraq, hər bir valideyn / qəyyum dərsdən sonra şagirdi götürmək üçün öz şəxsiyyətini təsdiq etməlidir) məktəbin bütün şagirdlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edən qaydalarını nəzakətli şəkildə bildirib. Müvafiq kartın olmasının və digər çıxışdan istifadənin zəruriliyi barədə xəbərdarlığa baxmayaraq, anası şagirdi turniketin altından keçirdərək aparıb.

Müəyyən müddətdən sonra şagirdin atası məktəbə gələrək təhlükəsizlik xidmətinin əməkdaşını həyat yoldaşına qarşı “ədəbsiz davranış”da günahlandıraraq ona qəflətən hücum edib və xəsarət yetirib. Nəticədə Vətən Müharibəsi zamanı Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasında iştirak etmiş məktəb əməkdaşına tibbi yardım göstərilməsi zərurəti yaranmışdır. Həm hadisənin özü, həm də buna gətirib çıxaran məqamlar videomüşahidə kameraları vasitəsilə qeydə alınıb. Beləliklə, valideynlər münaqişə vəziyyəti yaradıblar və məktəb qaydalarını kobud şəkildə pozaraq vəziyyəti daha da ağırlaşdırıblar. 

Məktəb yaranmış vəziyyətdən təəssüflənir və bütün valideynlərdən şagirdlərin təhlükəsizliyinə yönəlmiş daxili qaydalara riayət etmələrini xahiş edir. Hazırda hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparırlar. İctimaiyyətə əlavə məlumat təqdim olunacaq".

***

10:55

Bakıda "Landau" məktəbinin həyətində mühafizəçilərlə valideynlər arasında dava düşüb.

Lent.az məlumat verir ki, bu barədə video sosial şəbəkədə yayılıb.

Məktəbdən Lent.az-a bildirilib ki, artıq problem həll edilib.

Münaqişənin səbəbi barədə məlumat almaq üçün məktəbin direktoru Rüstəm Piriyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verməyib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanıb:

“Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq bu barədə ictimaiyyətə məlumat veriləcək”.

# 13905
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar