Kosmosa səyahət bileti satışa çıxarılır – SƏFƏR TARİXİ AÇIQLANDI  - VİDEO
06 may 2021 12:46 (UTC +04:00)

Kosmosa səyahət bileti satışa çıxarılır – SƏFƏR TARİXİ AÇIQLANDI - VİDEO

Milyarder Ceff Bezos hərracda kosmosa səyahət üçün billet satışa çıxarmaq niyyətindədir.

Lent.az Rusiya KİV-ə istinadən məlumat verir ki, uçuş üçün ən yüksək təklif verən “New Shepard”la suborbital ekskursiyaya gedəcək.

Uçuş iyulun 20-nə planlaşdırılıb. Müraciətlər artıq “Blue Origin” saytında qəbul edilir. Ödəniləcək məbləğlərin ilkin açıqlaması mayın 19-da açıqlanacaq.

Qaliblərin adlarının açıqlanacağı final mərhələsi isə iyunun 12-ə təyin edilib. Yeganə qalibin müəyyənləşdirilməsi canlı olaraq “Blue Origin” saytında yayımlanacaq.

 

# 3213
avatar

Rəsul SARI

Oxşar yazılar