İt uşağı nəhəng ayının əlindən  XİLAS ETDİ  -  VİDEO
10 avqust 2023 15:45 (UTC +04:00)

İt uşağı nəhəng ayının əlindən XİLAS ETDİ - VİDEO

ABŞ-da qara ayı 4 yaşlı uşağın oynadığı yerə yaxınlaşmağa çalışıb, lakin yırtıcı it tərəfindən qovulub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaq əvvəlcə heç nədən şübhələnməyib.

Qreqori Qrant azyaşlı oğlu Qevinin həyətində qara ayı görüb və qaçdığı videosunu paylaşıb. Bu zaman ailənin 8 yaşlı iti ayıya hücum edərək onu qovub.

Kişinin dediyinə görə, həmin axşam ev heyvanı dondurma da daxil olmaqla bir çox ləzzətlə mükafatlandırılıb.

# 2769
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar