İranın Tehran və Kərəc şəhərində partlayışlar olub.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, hər iki şəhərdə hava hücumundan müdafiə sistemi işə salınıb.
Məlumata görə, hava hücumundan müdafiə sisteminin aktivləşdirilməsinin səbəbi guya gecə təlimlərinin icrası ilə bağlıdır.
Partlayışların dəqiq səbəbi hələlik məlum deyil.