İranda pul kağıza döndü:   Bazarlar çalxalanır
22 fevral 2023 17:27 (UTC +04:00)

İranda pul kağıza döndü: Bazarlar çalxalanır

İranda dolların məzənnəsi 51 min tümənə qədər yüksəlib.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, tümənin dollar qarşısında bu qədər dəyər itirməsi insanları pis vəziyyətə salıb.

Bu devalyasiyaya qarşı narahat olan xalq yenidən etirazlara başlayıb. Belə ki, Tehran bazarlarında artıq tətillər elan edilib.


 

# 4302
avatar

Oxşar yazılar