İranda molla rejimi qətliam törətdi - ŞOK GÖRÜNTÜLƏR
21 noyabr 2022 16:36 (UTC +04:00)

İranda molla rejimi qətliam törətdi - ŞOK GÖRÜNTÜLƏR

Bu gün Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində SEPAH-ın keçirdiyi əməliyyat nəticəsində 11 nəfər öldürülüb.

Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, şəhərin İran parlamentindəki üzvü Calal Mahmudzadə bununla bağlı İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaniyə məktub yazdığını deyib.

O, Soyuqbulaq əhalisinə təsəlli üçün hökumət nümayəndələrindən ibarət nümayəndə heyətinin bölgəyə göndərilməsini tələb edib. Millət vəkili öldürülən şəxslərin etiraz aksiyalarında iştirak etmədiklərini deyib.

Qeyd edək ki, İran hökuməti Soyuqbulaqda keçirilən əməliyyatı "terroristlərə qarşı əməliyyat" kimi qələmə verib və separatçıların sığınacaqlarını dağıtmaq məqsədi ilə həyata keçirildiyini bildirib. 

Bununla yanaşı, İranın Cavanrud şəhərində (Kermanşah əyaləti) etirazlar böyük vüsət alıb. Bu şəhərdə hazırda küçə döyüşləri gedir. Repressiv qüvvələr xalqa atəş açır. Xeyli sayda ölən və yaralanan var.

Cavanrud şəhərindən ən son görüntüləri təqdim edirik:

# 2076
avatar

Oxşar yazılar

Güneyli ananın  FƏRYADI:   "Yemək tapmırıq, acından ölürük!"

Güneyli ananın FƏRYADI: "Yemək tapmırıq, acından ölürük!"

3 fevral 2023 , 15:51
Bakıda mağazalardan oğurluq edən qadın kameralara düşdü - VİDEO

Bakıda mağazalardan oğurluq edən qadın kameralara düşdü - VİDEO

3 fevral 2023 , 14:34
Saytlarda telefon satanları aldadıb pullarını belə aldı - VİDEO

Saytlarda telefon satanları aldadıb pullarını belə aldı - VİDEO

3 fevral 2023 , 10:03
Məşhur müğənni oğlu ilə SƏHNƏDƏ  - VİDEO

Məşhur müğənni oğlu ilə SƏHNƏDƏ - VİDEO

3 fevral 2023 , 09:40
İranda soydaşlarımızın yaşadığı ağrılı vəziyyət  - VİDEO

İranda soydaşlarımızın yaşadığı ağrılı vəziyyət - VİDEO

3 fevral 2023 , 09:24
Soydaşlarımız molla rejimini belə İFŞA ETDİ:  "Dövlət insanları aldadır"

Soydaşlarımız molla rejimini belə İFŞA ETDİ: "Dövlət insanları aldadır"

2 fevral 2023 , 12:30
Qasıməli Qasımov

Bakıda kriminal avtoritet tutuldu - VİDEO

2 fevral 2023 , 11:52
Bakıda "Jiquli" mikroavtobusa çırpıldı - HADİSƏ ANI

Bakıda "Jiquli" mikroavtobusa çırpıldı - HADİSƏ ANI

2 fevral 2023 , 11:22