Çexiyada helikopterdən tarlaya bir milyon dollar atılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addımı "Kazma" kimi tanınan blogger Kamil Bartoşek təşkil edib.
O, helikopterdən istifadə edərək bir milyon dolları sahəyə səpmək qərarına gəlib. Onun veb-saytında qeydiyyatdan keçən insanlar sahənin yerini şifrələnmiş bir "e-poçt"a ilə öyrəniblər.
Tapmacanı deşifrə edən şəxslər Praqa yaxınlığındakı bir sahəyə gəliblər. Ora gələnlərin pulu çantalara yığmaq şansı olub.
Videoda tarlada qaçıb bir dollarlıq əskinaslar tutan insanlar görünür. Bartoşekin sözlərinə görə, təxminən dörd min adam pul toplamağa gəlib.