metroda nalayiq hərəkətlər
19 yanvar 2022 11:27 (UTC +04:00)

metroda nalayiq hərəkətlər

Gənclər metroda bu oyunlardan çıxdı, polis işə qarışdı -VİDEO

Bakıda gənclər metroda nalayiq hərəkət ediblər.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, hadisə “Bakmil” stansiyasından “Nəriman Nərimanov” metrostansiyasına doğru hərəkət edən qatarda baş verib. Bir qrup gənc qatarın tutacaqlarında idman hərəkətləri ediblər.

Gənclər həmin anları lentə alaraq sosial şəbəkədə paylaşıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a sözügedən görüntülərlə məlumatlı olduqları bildirilib. Qeyd olunub ki, faktla bağlı Metropolitendə Polis Şöbəsində araşdırmalara başlanılıb.

Gənclər metroda nalayiq hərəkətlər etdi

# 3720
avatar

Mehman Nəbiyev

Oxşar yazılar