Sosial şəbəkələrdə qeyri-adi vida mərasiminin görüntüləri yayılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, El Salvadordan olan Darvin Bernalın xanımı onun son arzusunu yerinə yetirib.
Darvin dünyasını dəyişəndə xüsusi yola salınmasını istəyib və yaxınları bu istəyini yerinə yetirməklə yanaşı, onun dəfn mərasimini əsl şənliyə çeviriblər. Onun vida mərasimi La Union şəhərindəki “El Pacifico” barında real rəqs festivalına çevrilib.
Onun qızı Ketrin Bernalın sözlərinə görə, atası əylənməyi və rəqs etməyi sevirmiş. Ailəsi Darvinin açıq tabutunu gecə klubunun mavi və bənövşəyi işıqları düşən rəqs meydançasına qoyub. Qonaqlar darıxdırıcı yas mərasimləri əvəzinə latın musiqisi sədaları altında tabutun ətrafında rəqs edərək özünəməxsus bayram ab-havası yaradıblar.
Qeyri-adi dəfn mərasiminin videosu internetdə yayılıb, istifadəçilər ailənin mərhumun əyləncə sevgisinə görə ona necə hörmət etdiyinə heyran qalıblar. Sosial şəbəkə istifadəçiləri “Nə gözəl ailədir, onun son arzusunu yerinə yetirdilər” deyə şərhlər yazıblar.