Fransanın Lill şəhərində məşhur “Müqəddəs Peter və Paul” kilsəsində güclü yanğın baş verib.
Lent.az bildirir ki, bunu ölkənin Daxili İşlər naziri Jerald Darmanen öz “Twitter” səhifəsində xəbər verib.
Yanğının söndürülməsində 60-dan çox xilasedici iştirak edib.
Kilsənin dam örtüyünün yararsız hala düşdüyü bildirilir.