İzdiham olan market
08 iyul 2021 13:02 (UTC +04:00)

İzdiham olan market

Endirimə görə izdiham yaşanan market CƏRİMƏLƏNDİ - VİDEO

Sosial şəbəkələrdə Sumqayıtda yerləşən marketlərdən birində karantin qaydalarının kobud şəkildə pozulmasına dair görüntülər yayılıb. 

Lent.az-ın məlumatına görə, görüntülərin şəhərin 16-cı məhəllə adlanan ərazisində yerləşən “Army” marketdə lentə alındığı məlum olub. 

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində izdiham yaşanan marketin sahibi, Abşeron rayon sakini 39 yaşlı Tağıyev Səhrab Sahir oğlu İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 4000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, həmin marketdə endirim kampaniyası keçirildiyi üçün böyük insan izdihamı yaşanıb.

Sumqayıtda izdiham yaşanan market

# 4998
avatar

Oxşar yazılar