Əməkdar artist Gülüstan Əliyeva
16 may 2021 16:20 (UTC +04:00)

Əməkdar artist Gülüstan Əliyeva

Əməkdar artist oğlu barədə danışıb, AĞLADI - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva "Dəyişən cavab" verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı proqramda oğlu barədə danışan zaman ağlayıb: 

"Kənddə qayınatamgillə gedirdik soğan alağına. Oğlum Rüfətin 1 yaşı olardı. Arxamca ağlayırdı. Evdə 7-8 adam var idi. Kişi demirdi ki, qayıt, uşağın balacadır. Uşaq arxamca elə ağlayır ki... Qayıtdım onu necə döydümsə, əlimdə qaldı (ağlayır). Özümü ona görə hələ də bağışlaya bilmirəm. Getdim soğan alağına. Döydüyüm üçün də pisəm. Sarı tikanlar var idi. Hirsimdən ayaqlarımı soyundum girdim tikanın içinə. Dedim, uşağımı döydüm, Allah da məni cəzalandırsın. Heyfimi özümdən belə çıxdım".

# 37227
avatar

Yalçın UĞUR

Oxşar yazılar